Psixi İnkişaf Ləngiməsi və Refleksoloji Terapiya
05/10/2023 2023-09-05 17:41Psixi İnkişaf Ləngiməsi və Refleksoloji Terapiya
Psixi İnkişaf Ləngiməsi və Refleksoloji Terapiya
Psixi İnkişaf Ləngiməsi Nədir?
Psixi inkişaf ləngiməsi uşağın inkişafının pillələrini vaxtında tamamlaya bilməməsi və ya gec tamamlamasıdır. İnkişaf pozuntusu deyildiyi zaman sadəcə fiziki ləngimələr nəzərdə tutulamalıdır. Eyni zamanda zehni, nitq, emosional və sosial bacarıqlar sahələrində də ləngimələr nəzərdə tutulmalıdır.
Psixi inkişaf ləngiməsinə səbəb olaraq bioloji və ətraf mühit faktoru əsas götürülür. Bioloji amil dedikdə doğum öncəsi, doğum zamanı və doğum sonrası nəzərdə tutulur. Psixi inkişaf ləngiməsinə səbəb ola biləcək bəzi səbəblər bunlardır.
- Hamiləlikdə güclü qanaxmanın olması, ananın uzun müddət arterial təzyiqin yüksəlməsi ilə mübarizə aparması, bəzi infeksion xəstəliklərin yaşanması və xəstəliklər zamanı bədən hərarətinin tez tez yüksəlməsi, ağır dərmanların istifadəsi, radiasiyaya məruz qalma və s.
- Genetik faktorlar
- Valideynlərin bəzi xəstəliklərin daşıyıcısı olması
- Vaxtından öncə doğulma və bu durumun yaratdığı bəzi problemlər və s.
Valideynlər bəzən psixi inkişaf ləngiməsi ilə pedaqoji baxımsız uşaqları qarışdırırlar. Pedaqoji baxımsızlıq deyildikdə valideynlərin uşağın inkişafına təkan verməməsi, danışmağa, ünsiyyətə təşviq edilməməsi, onun davranışlarına, çıxardığı səslərə reaksiya verilməməsi, yaşına uyğun ən sadə akademik biliklərə yiyələnməsinə kömək edilməməsi, onun oyun oynama ehtiyacının göz ardı edilməsi, sosiallaşmasına şərait yaradılmaması və s. nəzərdə tutulur. Valideynlər uşaqların sadəcə təməl ehtiyaclarını qarşılamaqla kifayətlənirlər. Psixi inkişaf ləngiməsin də isə vəziyyət bir az daha fərqlidi. Bu səbəbdən valideynlər uşaqların yaş xüsusiyyətlərini, həmin yaş dövrünün inkişaf mərhələrini bilməli, ortaya çıxan problemi vaxtında sezməli və mütəxəssisə müraciət etməlidr.
Psixi inkişaf ləngiməsinin simptomları:
Əvvəlcə onu qeyd edim ki, uşağı hər zaman öz yaşıdları ilə müqayisə edərək bir nəticəyə gəlmək hər zaman doğru olmaz. Çünki hər bir uşağın inkişafı fərdidir heç də həe zaman göstərici deyildir. Yaxşı olar ki, uşağın yaş xüsusiyyətləri və həmin dövrə uyğun inkişaf prossesini bilməkdir.
- İnkişaf ləngiməsinin ən böyük xəbərçilərindən biri nitqdir. Onu da qeyd etməliyəm ki, nitq sadəcə inkişaf ləngiməsinin xəbərçisi deyil, ba.qa bir çox problemin də ilk göstəricisidir.
- Fiziki ləngimə – yerimə, qaçma, atma, tutma, geyinmə, soyunma, düymələrini bağlama, çəngəl və qaşıqdan istifadə edə bilmə və s. bu kimi kiçik və böyük motorik bacarıqlarının inkişaf etməməsi
- Sosial və emosional sahədə ləngimə – uşağın həmyaşıdları ilə oynaya bilməməsi, tək qalmağa üstünlük verməsi, yaşıdları ilə ünsiyyətə girə bilməməsi, qıcıqlandırıcılara doğru reaksiya verə bilməməsi və s.
- Psixi ləngimə – anlayışların inkişaf etməməsi, səbəb-nəticə əlaqəsinin zəif olması və ya olmaması, diqqətinin, yaddşının, qavrama qabiliyyətiinin, təfəkkürünün, təxəyyülünün, məntiqinin zəif olması, problem həll etmə qabiliyyətinin zəif olması, yaşına uyğun akademik bacarıqlara yiyələnə bilməməsi və s.
Psixi İnkişaf Ləngiməsi və Təlim
PİL olduğundan şübhələnilən uşaq bir mütəxəssis tərəfindən müayinə edilməli, müəyyən testlərdən keçirilməli və problemin dərəcəsi müəyyən edilərək təlimə başlanmalıdır. Diaqnoz qoyunlduqdan sonra uşaq üçün fərdi proqram hazırlanmalı və həmin proqrama əsasən uşağın təlimi davam etməlidir. Bu prosee kompleks xarakter daşıyır. Burada həm ailələrə həm də bərabər çalışan mütəxəssislərə böyük iş düşür. Uşağın ləngidiyi bütün sahələrdə inkişafı həm ailə, həm də mütəxəssislər tərəfindən dəstəklənir.
Bir uşaqla eyni zamanda bir neçə mütəxəssis bərabər çalışa bilər. Məs. psixoloq, loqoped, duyu bütünləmə və refleksoloq.
Psixi İnkişaf Ləngiməsi və Refleksoloji Terapiya
Refleksoloji terapiya əl, üz, qulaq və ayaqlarda olan xüsusi refleks nöqtələrinə müəyyən şiddətdə təzyiqlər göstərərək həmin nöqtələrlə əlaqəsi olan orqan və sistemlərin müalicə edilməsinə yönəlmiş dəstəkləyici və tamamlayıcı müalicə metodudur. İlk dəfə 5000 il öncə Çində tətbiq edilməyə başlandığı ehtimal edilir. İlk sübut isə Misir papiruslarında ortaya çıxmışdır. İyirminci əsirdə isə Dr. William Fitzgerald ayaqda olan bəzi nöqtələrlə orqanların bir əlaqəsinin olduğunu kəşfetmişdir. Əl və ayaqlarda olan nöqtələrin xəritəsini çəkən fizioterapevt Eunice Ingham isə refleksoloji terapiyanın əsasını qoymuşdur. Refleksoloji terapiya tamamlayıcı, dəstəkləyici ve güvənilir alternatif tibbi metodlardan biri olaraq müasir dövrdə də geniş istifadə olunur.
Refleksoloji terapiya nevroloji, fizioloji, psixoloji xəstəliklərin, cinsi xəstəliklərin və s. müalicəsində tətbiq edilir. Bütün bunlarla yanaşı uşaqlarda refleksiloji terapiya geniş istifadə olunur və möcüzəvi nəticələr əldə edilir.
Mən özüm uşaq və yeniyetmə psixoloqu olaraq refleksoloji terapiya kursunu bitirdikdən sonra ən çox istifadə etdiyim sahə ixtisasımla bağlıdır. Bir çox xəstəkliklərdə və və psixoloji problemlərdə refleksoloji terapiyanın faydalarına şahid oldum. Əsasən də 0-6 yaş qrupu uşaqlarda sürətli və effektiv nəticələr əldə etmək mümkündür.
Bir refleksoloq olaraq ən çox psixi inkişaf ləngiməsi olan uşaqla işləmək fürsətim oldu.
Nümunə:
Uşaq: R…
Yaş: 3
Diaqnoz: psixi inkişaf ləngiməsi
Terapiya: psixoloji və refleksoloji terapiya
Müddət: 3 ay
Seanslarımız həftədə 3 dəfə olmaq üzərə 3 ay davam etdi. Bizə müraciət edən zaman nitqində ləngimə yüksək səviyyədə idi. Nitqində nəinki söz səs belə yox idi. Ünsiyyət bacarıqları, analiz etməsi yox idi, böyük və kiçik motorikasında ləngimələr müşahidə olurdu, ailə üzvlərini tanımırdı, qavraması, alıcı və ifadəedici dili yox idi, istəklərini nə nitq nə də jest və mimikalar vasitəsilə bildirə bilmirdi, çox ciddi davranış problemləri var idi və s.
Elə ilk seanslardan nəticələrimizi almağa başladıq. Öncə davranış problemləri azaldı, sakitləşməyə başladı. Daha sonra bütün digər sahələrdə inkişaf hiss edildi. Refleksoloji terapiya başa çatmamış uşaq artıq danışmağa başlamışdı. Əvvəl özünü ifadə etmək üçün jest və mimikalardan daha sonra isə sözlərdən istifadə edərək ünsiyyət qururdu.
Bu baxımda refleksoloji terapiya əvəzedilməz bir terapiya metodudur.
Mənsurə Yusifova / Uşaq və yeniyetmə psixoloqu, refleksoloq