Enurez Müalicə (ALT ISLATMA)
02/10/2023 2023-09-05 17:40Enurez Müalicə (ALT ISLATMA)
Enurez Müalicə (ALT ISLATMA)
İnsanlar arasında gecə yerini silatma kimi bilinən bu xəstəliyin tibbi adı Enurezdir.Bütün dünyada uşaqlar arasında geniş yayılmış sağlıq problemidir.Sinir sisteminin tam formalaşmaması səbəbindən 5 yaşına qədər uşaqlarda bu hallar normal qəbul edilsə də,5 yaşdan yuxarı olan uşaqlarda bu xəstəlik kimi qəbul olunur.Övladlarınızda bu kimi hallar müşahidə olunursa səbr və təmkinlə qarşılamalı,onların həyat tərzində müəyyən dəyişikliklər etməli,sidiyə çağırış siqnallarına davamlı nəzarət etməli,lazım olduğu halda Nevropotoloq müayinəsindən keçirilməli və mütləq Refleksoloji terapiya prosedurlarından faydalanmalıdır.
Enurez fərqli səbəblərdən yarana bilir.Bu səbəblərə genetik hallar,sidik kisəsinin kiçik ölçülü tutumunun olması,hormon balansının pozulması(ADH),diabet,sidik yollarının infeksiyaları,psixoloji səbəblər və s.
Enurezin 2 növünün olduğu hamımıza məlumdur. Əgər usaqlarda gündüz sidikqaşırmalar olursa, anidən tualet ehtiyacı yaranırsa və tualetə çata bilmədən sidik qaçırma görülürsə, kəsik-kəsik sidiyə getmələr olursa, davamlı olaraq qəbizlik şikayətləri ilə birgə enurez varsa, bu qeyri-monosimptomatik enurez adlanır.
Əgər uşaqda heç bir şikayət yoxdursa və yalnız gecələr sidik qaçırma varsa bu monosimptomatik enurez adlanır.
Bu cür diaqnostikanın dəqiqləşdirilməsi olduqca vacibdir, çünki hər iki halın müalicə taktikası və Refleksioloji terapiya texnikaları fərqli olaraq aparılmaqdadır.Odur ki sikayətlər diqqətlə dinlənməli və diaqnoz dəqiqləşdirildikdən sonra terapiyalara başlanılmalıdır.
Umumiyyətlə tək enurezdə deyil,eyni zamanda bütün sinir sistemi xəstəliklərində Refleksioloji terapiya olduqca faydalı tamamlayıcı tibbi prosedur olaraq qəbul olunur.
Refleksoterapiya nədir ?
Refleksoloji terapiya orqanizimin butun səthində,xüsusiylə ayaq altında,əllərdə,üzdə olan bioloji aktiv nöqtələrə əllərlə və eyni zamanda müxtəlif fiziki faktorlarla təsir göstərməklə aparılan müalicə metodudur.Bu terapiyanın nəticəsində orqanizmin yerli,regional umumi reaksiyası aktivləşdirilir,bunun da nəticəsində sinir,immun və endokrin sistemlərinin işi bərpa olunur,bioloji aktiv maddələrin ifrazı normallaşır ki, sonucda insan vucudu özü özünü bərpa etmiş olur.
Refleksoloji basqılar sayəsində sinir impulslarının qarşısı kəsilən zaman ağrı azalır,əzələlər tonusdan azad olur,stresi çıxardır,orqanızmin hərəki,vegetativ və emosional reaksiyaları normallaşır,urək qan-damar sistemin işi normallaşır,beyinə oksigen daşınması yaxşılaşır.
Sizi siz edən vücudunuz üçün ən gözəl hədiyyəniz Refleksoloji terapiya olsun.
Sevgi ilə… Sevinc Şairova
Comment (1)
Sona
çox sag olun melumatlar üçün ❤️